Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
328
15.10.2024, 11:17
Cari il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Sonra bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması və mükafatlandırılması, habelə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanından müvəffəqiyyət qazanan, icbari təlimi uğurla başa vuran, dövlət qulluğunda olduğuna görə 6 ay müddətində möhlət alaraq andiçmə mərasiminə gəlməyən namizədlərə qaydalara uyğun olaraq imtahan nəticələri ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Həmçinin oxuyun
Eyni zamanda iclasda vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunması məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.